Biznes Dunyası

11 Nisan 2016 Pazartesi

Motvasiya

Motvasiya

Motvasiya
Necə motvasiya edək???
Uğur əldə etmək üçün komanda olmasının vacibliyi hər kəsə məlumdur.
Bildiyımiz kimi Motivasiya- insanı hərəkətə gətirən güc və hərəktlərin istiqamətini müəyyənləşdirən, onların düşüncələri, ümüdləri, inamları, qısası arzu, tələbat və qorxularıdır.
İstənilən müəssisələrin, qurum və təşkilatların ortaq hədəfi insanların fəaliyyətlərini öz məqsədlərini gerçəkləşdirməyə yönəltməkdir. İşdən asılı olmayaraq nəticə etibrarı ilə istənilən məqsəd işin həyata keçirilməsidir. Bu işin görülməsi isə insanın istəkli, həvəsli olması, işi düzgün mənimsəməsi və yetərincə səy göstərməsindən asılıdır.
İşciləri motivasiya etmənin bir neçə ən asan məlhəhələri ilə tanış olaq.
1. Mehriban iş mühiti yaradın.
1. Xoş iş atmosferi yaradırıq- İşcilər həyatının çox hissəsini ofisdə işləməklə keçirdir. Buna görə də ofisdə işçilər üçün mümkün qədər cox müsbət aura yaradan atmasfera yaradın ki, hər gün işə daha məmun halda gəlsinlər.
® Onlar üçün dar olmayan, rahat gəzib nəfəs ala biləcəkləri, özlərini şən hiss edə biləcək ofis şəraiti yaradın.
® Otaq tempiraturu daim nəzərətdə olmalıdır normadan nə isti nə də soyuq olmamalıdır. Üşüyən və ya istilənən işci hec vaxt motivə olunmaz.
® Otağın işıqlı olmasını təmin edirik ki insanlarda xoş əhfal ruhiyyə oyansın.
® Otağn xeyli miqdarda təbii işıqla işıqlanmasından əmin oluruq. Təmiz havaya və təbii işığa yaxın olduqda işçilər darıxmaqdan uzaq olacaqlar.
® Otaqda sıxıcılıq varsa yaxın əraziyə istirahət üçün zövqlü mebel dzüdürə bilərik hansı ki işçilər vaxtaşırı öz işlərini burada da davam etdirə bilərlər.
2. Divarda boş sahədən faydalanın- İnsanların diqqətini çəlb etmək, onlara vacib məlumatlar çatdırmaq və işə yaxşı motivə etmək üçün divar əla sahədir . Divardan nələr asdıqda motivə edici ola bilər ?
® Divarda buliten yerləşdirmək üçün lövhə yerləşdirin hansı ki işçilər orada digər iş yoldaşları ilə paylaşmaq istədikləri məlumatları asa bilsinlər. Bu işlə məşxul olan zaman insanların əhfalı düzəlir çöhrələrinə gülüş qonur.
® Müvəffəqiyyət əldə etmiş işcilərin nəaliyyətini kiçik post formasında həmin lövhələrdən asa bilərsiniz.
® Əgər müəsisə güclənirsə müəsisənin uğurlarını özündə əks etdirən kiçik postları lövhədən asa bilərik buda işci heyətini daha da səylə işləməyə motivə edir.
® Lövhədən bir neçeə motivasiyon şuarları özündə əks etdirən posterlər asa bilərsiniz.
® Xoş əhfal yaradan kiçil şəkillər də asmağı unutmayın.
3. Stimul üçün yeməkdən istifadə edin – Motivasiya məqsədli bir neçə yemək oyunları ilə tanış olaq.
® Mətbəxtdə çay, kofe saxlayın ki, işçilər bu məqsədlə ofisi tərk edərək zaman itirməsinlər.
® Həftənin bir günü səhər yeməyi üçün ofisləri bublik və hər hansı şirniyyatla təmin edin. Bu işçilərin işə daha tz gəlməsinə və ofisdə daha çox vaxt keçirməsinə təsir göstərəcək.
®Ayın bir günü pizza günü kimi qeyd edib nahar üçün pizza sifariş verə biərsiniz.
® İşçilərin ad günü bir tortla olsa belə qey etməklə onlara dəyər verdiyinizi göstərərək iş həyatlarına stimul vermiş olarsınlız.
®Bayram ərəfələrində tədbirlər etməklə , və ofisi ənənəvi yeməklərlə təmin etməklə işçilərin özlərini evlərindəki kimi rahat hiss etmələrinə şərait yaratmış olarsınız.
®Həftənin hər hansısa günü və bayramlarda sərbəst geyim günü təyin edə bilərik. Hnsı ki həmin günlər insanlar fərqli geyimdə olduqları üçün işə daha şən, həyacanlı və xoş əhvalda gələcəklər.
2. İşçini tanıtmaq və mükafatlandırın.
1. İşçini individual olaraq təqdim edin – tapşırığın öhtəsindən uğurla gəlmiş işçini digər işcilərə örnək olaraq təqdim edin. Hər kəs işinin öhtəsindən mükəmməl gəlir demek əvəzinə işini daha doğru yerinə yetirən işcini şəxsən təqdim etsəniz daha motivəedici olar.
®İşində xüsusi uğur qazanmın işçini iclas zamanı təqdim etməklə cıxışınızı onu alqışlamaqla davam etdirin.
® Yaxşı işçini indivudal olaraq təqdim etmək olduqca əhəmiyyətlidir. Lakin onu da nəzərdə saxlayın ki hər dəfə yalnız eyn insanların uğurlarını qeyt etsəniz digərləri özlərini kənarda qalmış hiss edərlər.
2. İşçilərə onların bir komanda olduğunu aşılamaq – Zaman ayırıb işçilərər birgə işləməyin faydasını anlatmalısınız və onlara göstərməlisiniz ki siz onların bütün səylərini qiymətləndirirsiniz.Onları qrup halında işləməyə vadar edərək daha möhkəm səylə çalışmaları üçün motivə edin.
® İşçilərin birgə səyinin müəsisənin öz misyasına yetişməsinə necə tövhə olduğunu izah etmək məqsədi ilə vaxt aşırı görüşlər təşkil edin müzakirələr aparın.
® Komandaların səylərini yaxşı işlərini vaxtaşırı işıqlandırın ki onlarda pozitiv ruh yüksəlsin.
® Tekimlləşmək üçün xususi otaq ayırsanız daha yaxşı olar. Eyni zamanda edilməsi gərəkən natamam işlərə olduqca diqqətli olun.
3. Səylə çalışan işciləri mükafatlandırın – mükafatlandırmaq üçün bir system yaratmaq cox əla motivləşdirmə metodudur.
® Bəzən işcilər arasında yarışlar təşkil edə bilərsiniz. Bir gün və ya bir ay ərzində müəsisə üçün daha cox gəlir əldə etmiş şəxsi mükafatlandıra biərsiniz.
® Əlavə istirahət günü və ya saatı təyin etməklə işciləri mükafatlandıra bilərsizniz.
® Səylə çalışan hər hansı işcini mükafat olaraq harasa nahar yeməyində dəvət edə bilərsiniz və beləə bir birinizi daha ayxından tanımaq imkanınız olacaq.
3. İşdə insanlar arasında mükəmməl münasibətlərin qurulmasını inkişaf etdirin.
1. İşciləri tanımağa calışın -heç zaman düşünməyin ki sizin buna zamanınız yoxdur. Sizin işciləri yaxşı tanımanız üçün zaman ayırmanız onların də düşündüynü bilməkdən əlavə həm də onlarda sizə qarşı hörmət və məhəbbət yaradacaq və bu da öz növbəsində onları sizing üçün daha ayxşı işləməyə motvə edəcəkdir. Bəzi nümunələr :
® Hiftinın hir hansı bir günü hər hansı işcinizi öz ofisinizə kofe icməyə dəvət edə bilərsiniz. Bu zaman bütünlüklə iş haqqında danışaq gərəkməz. Siz işcinin zövqləriylə, hobiləriylə düşüncəsiylə tanış ola bilərsiniz və beləliklə onu nəyin daha çox motivə edə biləcəyindən əmmin olmuş olarsınız.
® İşçilərin ailələi haqqında öyrənməyə çalışın. Nəzərə alın ki o da normal insandır və müəyyən qayğıları var. Ərinin və ya xanımının, uşaqlarının və s adlarını öyrənməyə calışın. Beləliklə sizin onlarla danışmağa daha çox mövzunuz olacaq və ailə üzvülərinin halını soruşmaqla işçilərin qayğısına qaldığınızı göstərmiş olarsınız.
® İşcilərin maraqlarını öyrənin. Əgər hər hansı TV proqrama baxdıqlarını biləniz söhbət mövzusu kimi o temanı seçə bilərsiniz.
® İşcilərlə səx münasibət yaratmaqla dostluq arasında fərq var və bu fərqi qoruyun. Onlarla açıq söhbətlər edə bilərsiniz ancaq cox da şəxsi deil.
2. Sosial bir şeylər yaradın- Bu zaman işcilər bir birlərini daha ayxından tanıyacaq və aralarında xoş münasibət formalaşacaq. Əgər onlar arasında münasibər çox mehribandırlarsa və ya öz iş yoldaşları ilə dost ola biliblərsə bu zaman işa daha böyük həvəslə gələcəklər.
® Onlara birlikdə nahar etməyə şans yaradın. Bu halda daha sərbəst olacaqlar və bir birlərini daha yaxından tanıyacaqlar.
® Onlar arasında müxtəlif idman oyunları təşkil edin bu onlar arasında rabitənin yaranmasından əlavə həm də komanda üçün çalışmaq düşüncəsi aşılayacaq.
® Könüllü qrup işləri təşkil edin. Bu onların komanda halında hər hansı işi yerinə yetirmək bacarıqlarını təkmilləşdirməkdən əlavə həm də bir birlərini yaxşı tanıma imanı yaradacaq.
3. Bəzi günləri nəyəsə həsr edin- bu kimi tədbirlər də insanlar arasında rabitənin yaranmasına müsbət təsir göstərəcəki.
® Hər hansısa bir gün yemək günü kimi qeyd edin. İşcilər müxtəlif ölkələin mətbəxlərindən bildiyikləri təamları bişirib gətirsinlər.
® Hər hansısa bayram günü xüsusi paltarlar geyinilsin.
® Sport geyim günləri qeyd edin. Hər bir işci öz sevimli idman qəhramanının formasını geyinsin.
Hər bir işci motivasiya edilməyə etiyac duyur. Motivasiyasız işci şirkətə xeyir verməkdən başqa hər şeyə qadirdir.
Sabır Abdullayev

0 yorum:

Yorum Gönder